Bakıda idman zalında saxlanılanlardan biri deputatın oğlu imiş – YENİLƏNİB + FOTOLAR

İdman zalında saxlanılan şəxslərdən biri də deputat Malik Həsənovun oğlu İsmayıl Həsənov imiş.

ZaferTv xəbər verir ki, bu barədə unikal.org məlumat yayıb.

11:03

Bakıda karantin qaydalarını pozaraq işləyən idman zalı aşkar edilib, orada olan 56 nəfər cərimə olunub.

ZaferTv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir.Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib.

Həmin şəxslərdən COVID-19 virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb.Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər.

Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support