Baloğlan Əşrəfov niyə xəstəxanaya yerləşdirilməyib?

Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov gecə dünyasını dəyişib.

Koronavirus infeksiyasına yoluxan müğənni evində müalicə alırdı. Diqqət çəkən məqam isə mərhumun xəstəliyi ağır keçirməsinə baxmayaraq, xəstəxanaya yerləşdirilməməsi olub.

ZaferTv xəbər verir ki, əməkdar artist Yusif Mustafayev axşam.az-a açıqlamasında bildirib ki, bu müğənninin öz istəyi olub:

“Qorxurdu, xəstəxanaya getmirdi. Deyirdi ki, evimdə müalicə alacam. Müalicəsi də yaxşı gedirdi. Ona hər cür yardım edildi. Amma qismət.Bilinmir ki, virusa haradan yoluxub”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support