Səadət Müslümova: “Borcluya cinayətkar damğası vurmağa çalışırlar” – AÇIQLAMA

“Azərbaycan Mübarizləri Partiyası” Muavini və hal-hazırda sədri əvəz edən Hüquqşunas Səadət Müslümova MediaBaku.az-a “Azərbaycan Mübarizləri Partiyası”nın sədri Ağadur Müslümovun qanunsuz olaraq həbs olunmağıdan danışıb.

“A.Müslümova qarşı sürülən ittihamlar heç biri inandırıcı və qanunauyğun deyil. Biz, ona qarşı sürülən ittihamları və ümumiyyətlə bu həbs olayını şər və ləkələmə planının tərkib hissələri kimi dəyərləndiririk. Çünki bizim uzun illərdir ziyalı və vətənpərvər bir şəxs kimi tanıdığımız “Azərbaycan Mübarizlər” Partiyasının hazırda həbsdə olan lideri bu cür əsassız ittihamları haqq edəcək, üzərinə ala biləcək birisi deyil. Xatırladaq ki, Azərbaycan Mübarizləri Partiyasının (AMP) sədri A.Müslümov bütün həyatını Vətənə, dövlətə, dövlətçiliyə xidmətə həsr etmiş şəxslərdəndir.1993-cü ildən bu yana demək olar ki, ölkə başçısının iştirak etdiyi Dövlət tədbirlərində daim iştirak etmiş, dəfələrlə ümummilli lider Heydər Əliyevlə görüşmüşdür. Cənab Prezident İlham Əliyevlə də görüşmək ona nəsib olmuşdur. Eyni zamanda AMP sədri hər zaman Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyib. Ağadur müəllim Vətənə, dövlətə, xalqa sonsuz sevgisi ilə tanınan insanlarımızdandır. O, daim dövlətçilik maraqlarından çıxış edib, milli mənafelərimizi qorumağa çalışıb və bütün dövlət tədbirlərinə bir partiya sədri kimi, ziyalı kimi dəvət alaraq yaxından iştirak edib. Qeyd olunan ittihamlarda Ağadur Müslümovun hər hansı bir formada rolu və ya iştirakı ola bilməz. Hesab edirik ki, obyektiv və ədalətli istintaq işi aparılarsa, A.Müslümova qarşı irəli sürülən ittihamların əsassız və qurma olduğu tezliklə üzə çıxacaq. Bu cür yalan və iftiraların arxasında dayanan şəxslərin özləri və gerçək niyyətləri də tamamilə ifşa olunacaq. İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən A.Müslümov Ali Baş Komandanımıza və Ordumuza dəstək nümayiş etdirib və eyni zamanda müharibə günlərində ermənilərin Azərbaycana qarşı apardığı qaralama kampaniyasını, dezinformasiya siyasətini ifşa etmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edib. Bir sözlə, AMP sədri müharibə günlərində bütün vasitələrlə haqq işimizi müdafiə etməyə çalışıb. Lakin Ağadur Müslümovun dövlətçilik mövqeyindən, milli maraqlardan çıxış etməsini gözü götürməyən və onun siyasi imicini ləkələmək istəyən bəzi qüvvələr son günlərdə ona qarşı açıq-aşkar şər-böhtan kampaniyasına start veriblər. Belə ki, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümovun günahsız yerə həbs olunması kiçik bir araşdırmadan da bəlli olur. Ona qarşı açılmış cinayət işinin motivləri və məhkəmə prosesinin gedişatı ilə ümumi şəkildə tanış olduqda sözügedən partiya sədrinin yalan, şər və hiylənin qurbanı olduğu dərhal gözə çarpır. Hazırda məhbus həyatını yaşayan AMP sədrinin sağlamlığı günü-gündən pisləşməkdədir. Vəziyyəti çox ağırdır. Kardioloqlar ona süni ürək köçürülməsini məsləhət görüblər. Ona görə də Ağadur Müslümovun tez bir zamanda həbsdən azad edilməsini zəruri hesab edirik. Bu cür nümunəvi bir insanın, dəyərli ziyalının həbsxana divarları arasında deyil, azadlıqda olması və ölkəmizə, dövlətçiliyimizə xidmət etməsi arzu olunandır. Hadisənin əsl tarixçəsi və real faktlarla tanış olsanız, əminik ki, AMP sədrinin məkrli bir planın, çirkin kampaniyanın hədəfinə çevrildiyinə siz də də heç bir şübhə yeri qalmayacaq. Məhz bu çirkin kampaniyanın nəticəsi olaraq Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov 29.03.2021-ci il tarixdə saat 15:30 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatında olan 1(101)-274/2021 saylı cinayət işi ilə əlaqədar olaraq təqsirləndirilən şəxs qismində məhkəmə zalından qeyri-qanuni şəkildə həbs olunaraq Kürdəxanı Cəzaçəkmə müəssisəsinə göndərilib. Beləliklə, Ağadur Müslümov tamamilə qanunsuz və haqsız olaraq, kimlərinsə sifarişi əsasında 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyev sədrlik etdiyi məhkəmədə ona təqdim edilmiş vəsatətləri və dəlil subutları əsas saymayaraq qanunsuz olaraq qərar qəbul etmiş və Ağadur Müslümovu azadlıqdan məhrum edib”, – deyə o, bildirib.

S.Müslümova qeyd edib ki, Səbail Rayon Polis İdarəsi tərəfindən 2013-cü ildə Ağadur Müslümova qanunsuz açılmış cinayət işinə xitam verilib: “Bununla bağlı da Səbail Rayon Polis İdarəsinin 13.11.2017-ci ildə Qərarına əsasən cinayət işinə xitam verilməyi ilə bağlı sənəddə öz əksini tapıb. Pul məcburi şəkildə və şantajla Partiya Sədri Ağadur Müslümova ödətdirilib. Bu iş bağlanıb. Sonra isə küllü miqdarda borclar yaranıb. Ağadur Müslümov isə məcburiyyət qarşısında qalaraq İran İslam Respublikası vətəndaşından 14 saylı Notariat Kontoru vasitəsi ilə Borc Müqavilələrinə əsasən borc pul götürüb. Dəfələrlə bağlanmış xitam verilmiş işin qanunsuz olaraq açılmış və İran İslam Respublikası vətəndaşından 14 saylı Notariat Kontoru vasitəsi ilə bağlanmış Borc Müqavilələrinə cinayət işi açıb, keçmişdə bağlanmış işə qanunsuz olaraq birləşdirib Məhkəməyə yenə qanunsuz olaraq göndərilib. İran İslam Respublikası vətəndaşı şikayət ərizəsinə əsasən Səbail Rayon Prokrorluğu tərəfindən qeyd olunub 07.03.2019-cu ildə Səbail Rayon Prokroru baş ədliyyə müşaviri Natiq Əsədov tərəfindən verilmiş sənədə əsasən İran İslam Respublikası vətəndaşından borc götürüldüyü və bu işlə bağlı mülkü qaydada baxılmağı ilə bağlı məhkəməyə mürciət etmək hüququ izah olunub. İran İslam Respublikası vətəndaşının göndərdiyi bank kartına əsasən götürülmüş borc pulun bir qisminin ödənilməyi ilə bağlı da bütün Bank sənədləri və başqa dəlil subutlar mövcuddur. İran vətəndaşının pul köçürməsi ilə bağlı göndərdiyi Bank kartı; ”Bank Melli İran” bankına 2 kredit müqaviləsinə əsasən borcdan köçürülən pul məbləğlərinin qəbzləri;18 fevral 2019-cu il tarixli Səbail Rayon Polis İdarəsinin müstəntiqi Raqif Şərifovun, HK-1/46 saylı Qərarı; Bank Hesabının açılması üçün İran Səfirliyinə və Konsulluğuna göndərilən Ərizə; Kardiologiya İnstitutunun 26.12.2019-cu il tarixli diaqnozu; 07.03.2019-cu il tarixli İran vətəndaşının şikayətinə əsasən Bakı şəhəri Səbail Rayon Prokurorluğunun 04 nömrəli Mülki iş olması ilə bağlı sənədi;13.11.2017-ci il tarixli Səbail Rayon Polis İdarəsinin Barəsində olan cinayət işinə xitam verilməsi haqqında sənədi; İsaxan Babayevin barışmağla bağlı və nə indi, nədəki gələcəkdə hər hansı bir şikayətinin olmayacağı barədə Notariat qaydada təsdiqlənmiş Ərizəsi və sairə sənədlər mövcuddur. Bütün dəlil sübutlara baxmayaraq qanunsuz əməllər nəticəsində AMP-nin sədri Ağadur Müslümov hazırda kimlərinsə məkirli siyasətinin qurbanı olub. İnanırıq ki, haqq-ədalət öz yerin tapacaq”.

Dövlət iki şeydən sarsıla bilər: Günahkar cəzasız qalanda, günühsıza cəza veriləndə – Heydər Əliyev

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support