“Müharibə göstərdi ki, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın ola bilməz” -Qriqoryan sərsəmlədi

Bu gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tacikistanın Düşənbə şəhərində KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclasında absurd bəyanatla çıxış edib.

ZaferTv Qazet.az-a istinadən xəbər verir ki, çıxış KTMT-ya üzv dövlətlərinin “təhlükəsizlik problemlərinə, təhdidlərinə və onların zərərsizləşdirilməsinə” yönəlmiş tədbirlərə həsr edilib.

Armen Qriqoryan 44 günlük müharibənin “Dağlıq Qarabağın heç bir halda Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyini açıq şəkildə göstərdiyini” qeyd edib.

“Keçən ilki müharibə açıq şəkildə göstərdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi ola bilməz. İnanırıq ki, mövcud vəziyyətdə Qarabağa “Qurtuluş üçün Ayrılıq” prinsipi tətbiq olunmalıdır. Bu prinsip Qarabağın statusu həll olunana qədər bitmiş hesab edilə bilməyən Dağlıq Qarabağ münaqişəsinin həlli konsepsiyasının əsasını təşkil etməlidir”, – deyə Qriqoryan bu açıqlaması ilə özünü gülünc duruma salıb.