Bakıda başına daş plitəsi düşən yeniyetmə öldü – VİDEO

Bakıda başına daş plitəsi düşən 14 yaşlı Əli Şabanov vəfat edib.

Zafer Tv APA-ya istinadən bildirir ki, hadisə nəticəsində ağır xəsarət alaraq komaya düşən Səbail rayonu, Badamdar qəsəbə sakini Şabanov Əli Mahir oğlu bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə mayın 2-də Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb.Axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşan 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb.

Ağır kəllə-beyin travması alan Ə. Şabanov komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.