Paşiniyanın arvadı Anna Hakopyana cinayət işi açılıb.

Zafer TV ictimairey.az-a istinadən xəbər verir ki, “: Ermənistan İstintaq Komitəsi, Anna Hakopyanın müharibə dövründə komanda məntəqəsində qalması ilə əlaqədar istintaq başlatdı”.

Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın müharibə dövründə komanda məntəqəsində qalması faktını araşdırmaq üçün istintaq aparılır. Bu barədə Ermənistan İstintaq Komitəsində “Pastinfo” nun yazılı müraciətinə cavab olaraq bildirilib:

“Daha əvvəl xəbər verdiyimiz kimi, müharibə zamanı Anna Hakobyan “Artsax Muxtar Dairəsinin” komanda məntəqəsinə gedib və buradan hərbi əməliyyatları izləyib, bəzən prosesə müdaxilə edibdir. Paşinyan özü arvadının orada qaldığını rəsmi olaraq təsdiqləyib. Bunu ailə üzvünün komandanlığa mənəvi və psixoloji dəstək verdiyi ilə əlaqələndirib.

“Pastinfo” İstintaq Komitəsinin icraatında baxılan cinayət işi çərçivəsində olub-olmadığını, müharibə zamanı Anna Hakobyanın hansı əsasla komandanlıqda olduğunu və buna haqqının olub olmadığını öyrənmək üçün yazılı bir müraciət göndərib. Annanın məxfi məlumatlara sahib olmaq hüqüqu varmı və bu hüququ ona kim və nə vaxt vermişdi?

Daha sonra Pastinfo xəbər verir ki, “tələbimizə cavab olaraq, İstintaq komitəsi ilkin istintaqın gizliliyinə istinad edərək qaldırılan suallara cavab verə bilməyəcəklərini və bunun bir araşdırma mövzusu olduğunu inkar etməyiblər. Qeyd ediblər ki, Annanın cəbhə bölgələrində olması və müharibənin planlarına müdaxilə etməsi məlumatlarını ictimaiyyətə verməyi məqsədəuyğun hesab etmədiklərini” bildiriblər.

Esmira Şükürova