“Eşşək” ləqəbli oliqarx Laçından-Şuşadan keçib Xankəndinə gəldi…-FOTOLAR

“Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyan Rusiya hərbçilərinin dəstəyi ilə Azərbaycan dövlət sərhədini pozaraq Laçın və Şuşadan keçməklə Xankəndinə gəlib.

Zafer Tv Moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni partiya rəhbəri özünün “Facebook” səhifəsində yazıb. 

 Xankəndində Q.Sarukyan separatçı-terrorçu rejim tör-töküntüsünün indiki rəhbəri Araik Arutyunyan, keçmiş rəhbərlər Bako Saakyan və Arkadi Qukasyanla birgə 9 May tədbirlərinə qatılıb, II Cahan savaşının  erməni veteranlarıyla görüşüb.

 

Araiklə görüşdə Qarabağ klanı arasında “eşşək” ləqəbi ilə tanınan Q.Sarukyan Yuxarı Qarabağdakı ermənilərin iqtisadi-sosial problemlərini müzakirə edib.