Azərbaycan Ordusunun Zəngəzurda irəlilədiyi TƏSDİQLƏNDİ

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Zəngəzur mahalında (Sünik) irəlilədiyini təsdiq edib.

Zafer Tv xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
“Mayın 12-də səhər Azərbaycan Silahlı Qüvvələri sərhədləri dəqiqləşdirmək bəhanəsi ilə sərhəd bölgələrindən birində müəyyən işlər görməyə çalışıb. Erməni birləşmələri tərəfindən görülən tədbirlərdən sonra Azərbaycan hərbçiləri bu işi dayandırıblar. Hazırda vəziyyəti həll etmək üçün danışıqlar aparılır”, deyə Müdafiə Nazirliyi vurğulayıb.

 

Qurum İşxanasar istiqamətindəki döyüşlər barədə mətbuatda yayılan məlumatların həqiqətə uyğun olmadığını da deyib.
(Bizim.Media)
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support