Azərbaycan Zəngəzurdan keçərək 3 türk dəhlizinə sahib olacaq – Erməni türkoloq

Düşmən Sünikdən (Zəngəzur) keçərək 3 türk dəhlizi əldə etmək istəyir.

Zafer Tv KONKRET.az-a istinadən xəbər verir ki, erməni mətbuatı xəbər verir ki, bu sözləri analitik-türkoloq Varujan Qeqamyan deyib.

Daha sonra o deyib: “Bu gecə düşmən Ermənistanda milli hökumətinin olmamasından istifadə edərək təxminən 3 km Sünikin ( Zəngəzur) dərinliyinə irəliləyib. Və heç bir beynəlxalq normalarla təsdiqlənmiş sərhəd və ya BMT onu saxlaya bilmir.

Xatırladım ki, bizim düşmənimiz üçün hazırda böyük prioritet Artsaxın (Qarabağ) azad olunmamış torpaqları deyil, Sünikdir (Zəngəzur). Sünikdən (Zəngəzur) keçərək düşmən 3 türk dəhlizini və daha çox ərazini əldə etmək istəyir ki, Sünikdəki (Zəngəzur) ermənilərin həyatını yaşanmaz hala gətirsin.Yaxın həftələrdə və aylarda bu istiqamətdə təzyiqlər ancaq artacaq.

Mən hələ noyabrdan xəbərdarlıq edirdim ki, hələki Ermənistanda öz oğrubaşı ilə de fakto türklərin əlaltısı olan rejim hakimiyyətdədir, Ermənistan həmişə ərazisini itirəcək və getdikcə türk vilayətinə çevriləçək. Hal-hazırda bütün bunlar prosesdədir”.