Müharibə təhlükəsi artır – İran raketləri işə salınıb

İranın “SH85” tipli raketləri İsrailə qarşı işə salınıb.

Zafer Tv publika.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, Həmasın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları Təl-Əvivi hədəf alan hücumlarda ilk dəfə “SH85” tipli İran raketlərindən istifadə edib.

“Əl-Cəzirə” müxbiri Qəzza zolağından atılan 200-ə yaxın raketin Təl-Əvivi və ətraf əraziləri hədəf aldığını açıqlayıb.

“SH85” tipli raketlərə aid olduğu iddia edilən fotolar sosial mediada paylaşılıb. “Röyters” və “Assoşieyted Press” də Təl-Əvivi hədəf alan raketlərin fotolarını yayımlayıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support