​”Ən yaxşı millət vəkili” sorğusununun QALİBİ BƏLLİ OLDU – SİYAHI

Prezidentin apardığı islahatlar nəticəsində ötən il parlament buraxıldı və yeni seçkilər keçirildi. Bu dəfə hakim və digər partiyalar namizələrdə daha çox gənclərə üstünlük verdi. Maraqlıdır, parlementin buraxılıb, yeni seçkinin keçirilməsi bir nəticə veribmi?

Bunu müəyyən etmək üçün sosial şəbəkə üzərindən “Ən yaxşı millət vəkili” sorğusu keçirdik.

Zafer Tv Azadinfo.az-a istinadən səsvermənin nəticələrini təqdim edir:

1. Cavid Osmanov – 90 saylı Ağdaş seçki dairəsindən;

2. Ramil Həsən – 91 saylı Ucar seçki dairəsindən;

3. Ramin Məmmədov – 64 saylı Sabirabad 2-ci seçki dairəsindən;

4. Sevinc Fətəliyeva – 30 saylı Suraxanı 1-ci seçki dairəsindən;

 

5. Vüqar İsgəndərov – 113 saylı Şəki şəhər seçki dairəsindən;

Göründüyü kimi ilk 5-likdə yer alan deputatların hamısı hakim partiyanın üzvləridir. Bu o deməkdir ki, YAP-ın parlementi buraxması və yeni seçkilər keçirməsi qərarı öz nəticəsini verib. Amma hakim partiyada hələ də öz vəzifəsinin ağırlığını bilməyən şəxslər hələ də mövcuddur. Belə ki, sorğuda heç səs toplamayan Şirvan şəhərinin YAP-dan olan deputat İltizam Yusifov oldu.

Qeyd edək ki, “AZADİNFO” İnformasiya agentliyi bundan əvvəl ən yaxşı mətbuat katibini seçmək üçün səsvermə təşkil edib və qalib “ASAN xidmət”in mətbuat katibi Elnur Niftəliyev olub.