Ata vəsiyyəti və azad Şuşa… – Video

Xəbər verdiyimiz kimi, Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı qala-konsertlə davam edir. 

Zafer Tv-nin məlumatına görə, qala-konsert zamanı ümummilli lider Heydər Əliyevin Şuşa və Qarabağla bağlı arzularını səsləndirdiyi fikirlərin əks olunduğu video-çarx nümayiş olunub. Video-çarxda Prezident İlham Əliyevin Şuşa ilə bağlı çıxışına da yer verilib:

“Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük qələbədir. Bu gün şəhdlərimizin, Ulu öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, Sən azadsan! Əziz Şuşa, Biz qayıtmışıq! Əziz Şuşa biz Səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.

 

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support