Erməni KİV: Azərbaycan əsgərləri Gorus şəhərinin 5 kilometrliyindəki yüksəkliyə çıxdılar — VİDEO

Ermənistan mətbuatı Azərbaycan əsgərlərinin Gorus şəhərinin 5 kilometrliyindəki yüksəkliyə çıxdıqları barədə video görüntü yayıb.

 

Zafer Tv Yeniavaz.com-a istinadən xəbər verir ki, “tert.am” saytınada  videoda göstərilən yerin Verişen kəndindən 2 kilometr aralıda yerləşdiyi qeyd olunub.

Qeyd edək ki, Verişen kəndi Ermənistanın Gorus şəhərindən 3 kilometr məsafədə yerləşir.

Onu da bildirək ki, ötən gün Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla Ermənistan arasında yerləşən Zəngəzur bölgəsində döyüşlərin başladığına dair məlumat yayanların cəzalandırılacağı barədə açıqlama yayıb.