Fransa prezidenti erməni dilində status paylaşdı – “Azərbaycan əsgərləri…”

Fransa Prezidenti Emmanuel Makron yenindən Ermənistana dəstəyini nümayiş etdirib.

Zafer Tv Sfera.az-a istinadən bildirir ki, o, sosial şəbəkə hesabında İrəvanın “Azərbaycan sərhədlərimizi pozur” çağırışına reaksiya verib.

Belə ki, Makron “Azərbaycan əsgərləri dərhal Ermənistanın sərhəddindən çəkilməlidir” -, deyə öz paylaşımında qeyd edib.

Makron həmçinin erməni dilindəki digər paylaşımında “Erməni xalqına bir daha deyirəm, Fransa həmrəydir və belə də qalacaq” cümləsini əlavə edib.