Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 15 794 nəfər vaksinasiya olunub.

Zafer Tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 897, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 897 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 777 426, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 026 376, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 751 050 nəfər təşkil edir.