Metsamorun fəaliyyəti dayandırıldı

Ermənistanda Metsamor AES-in fəaliyyəti təmir məqsədi ilə 141 gün müddətinə dayandırılıb.

Zafer Tv xəbər verir ki, bu barədə Ermənistan AES-in rəsmisi Artur Qriqoryan məlumat verib.

O qeyd edib ki, AES-in ikinci enerji blokunun modernləşdirilməsi istiqamətində son vacib işlər görüləcək və proses artıq bu gündən etibarən başlayıb.

AES-in modernləşdirilməsi istiqamətində işləri Dövlət Atom Enerji Korporasiyasının “Rosatom” elektrik bölməsi həyata keçirəcək.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support