Votsap hesabları siləcək? – Feysbukdan reaksiya

Votsapda bu gündən başlayacaq məhdudlaşdırma ilə bağlı Feysbuk şirkəti rəsmi açıqlama yayıb.

Zafer Tv xəbər verir ki, açıqlamada böyük dəyişikliklər gözlənilmədiyi bildirilib. Başqa sözlə, yeni müqaviləni təsdiqləməyənlər üçün hesab bloklaması kimi böyük addımlar atılmasa da, istifadəçilər sosial media tətbiqetməsini normal şəkildə istifadə etməyə davam edə biləcəklər. Ancaq gələcəkdə böyük məhdudiyyətlər olacaq.

“Məhdudiyyətlər fərqli istifadəçilər üçün tədricən başlayacaq. İlk növbədə, məxfilik müqaviləsini təsdiqləmək üçün bütün istifadəçilərə bildiriş göndəriləcək. Votsap gizlilik siyasəti və xidmət şərtləri ilə bağlı yeniləmənin qüvvəyə mindiyi 15 may tarixində elan edir ki, şəxsi mesajlarınızı görə bilmirik və hesabınızı silməyəcəyik”, – deyə açıqlamada bildirilib.