Bakı Baş Gömrük İdarəsində əməliyyat: Vəzifəli şəxslər RÜŞVƏT alarkən saxlanıldı

Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

ZaferTv xəbər verir ki, əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support