“Düşmən öz nəzarətinə keçən ərazilərdə mövqelərini yerləşdirib” Sanosyandan KRİTİK AÇIQLAMA

“Azərbaycan və Ermənistan silahlı qüvvələri mövqelərini yerləşdirib”.

Zafer Tv Konkret.az-a  istinadən xəbər verir ki, bu fikirləri Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan səsləndirib. O iki gün öncə Sünikdə baş verənlərə münasibət bildirib.

Onun sözlərinə görə, fövqəladə bir şey baş verməyib: “Düşmən (red. Azərbaycanı nəzərdə tutur) əlverişsiz hava şəraitinə görə, mövqelərini qışda yerləşdirə bilmədi və bunu indi etməyə qərar verdi. Danışıqlar nəticəsində Azərbaycan tərəfinin mövqelərini harada quracağı və Ermənistan tərəfinin hansı istiqamətdə yerləşəcəyi qərara alındı”.

Sanosyan əlavə edib ki, Azərbaycan və Ermənistan silahlı qüvvələri öz mövqelərini Azərbaycanın nəzarətinə keçən ərazilər də daxil olmaqla sərhəd boyunca yerləşdiriblər.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support