Gürcülər azərbaycanlılara hücum edir:

Dünən vaxti ilə Başkeçidə (Dmanisi) köçürülmüş svanların azərbaycanlı qadını döyməsi və digər soydaşlarımıza hücum etməsindən sonra rayonda vəziyyət pisləşib.

Zafer Tv Bakıpost.az-a istinadən xəbər verir ki, hazırda Başkeçidin küçələrində etnik zəmində açıq qarşıdurma yaşanır.

Dəyənəklərlə silahlanan yüzlərlə svan və gürcü küçələrdə onlarla üz-üzə dayanan azərbaycanlılara daş atır. Hüquq-mühafizə orqanlarının isə vəziyyətə adekvat reaksiyası müşahidə olunmur.

Videoda görünür ki, gürcülər azərbaycanlıların evlərinə hücum edir, evlərin şüşələrini sındırırlar.

Qeyd edək ki, ötən gün svanların azərbaycanlılara hücum etməsini əks etdirən görüntü yayılmışdı.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support