Hələ də 8 kəndimiz işğaldadır – Fərid Şəfiyev

Son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyət iki ölkə arasında yenidən gərginliyin artmasına və beynəlxalq vasitəçilərin diqqətinin yenidən bölgəyə yönəlməsinə səbəb olub.

Zafer Tv axar.az-a istinadən xəbər verir ki, bu sözləri BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Ermənistan-Azərbaycan sərhədində baş verən son prosesləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır görməzdən gələn sözügedən vasitəçilər və dünya mediası bu dəfə keçmiş işğalçı ölkəyə dəstək göstərməyə tələsir və heç bir halda regionda sülhə xidmət etməyən, yanlış mesajlar verirlər:

”İlk olaraq qeyd edilməlidir ki, Ermənistan hələ də Azərbaycanın bir sıra yaşayış məskənlərini – Naxçıvanda Kərki kəndini və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli olmaqla, ümumilikdə 7 kəndini işğal altında saxlayır. İkincisi, Ermənistan anlamalıdır ki, iki ölkə arasında 30 ilə yaxın işğal altında qalmış sərhəd mövcuddur və İrəvandakı hökumət bu müddət ərzində sərhədə malik olmaq hissini itirib. Üçüncüsü, delimitasiya iki ölkənin ərazi bütövlüyünü hörmət əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, Ermənistan siyasi partiyaları tərəfindən səsləndirilən fikirlərdə barışığa dair heç bir əlamət müşahidə olunmur.

Dördüncüsü, beynəlxalq vasitəçilər, xüsusilə Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir və sülhü təşviq etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirir. Bütün vasitəçilər, o cümlədən ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər”.

Şəfiyevin fikrincə, regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır:

“Bu, həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir. Bu baxımdan məsələyə ikili standartlarla yanaşma yalnız “parçala, hökmranlıq et” imperialist tezisi əsasında regionu idarə etmək istəyən qüvvələrə xidmət edir. Azərbaycan ötənilki müharibədə qəti qələbə qazanmaqla öz mövqeyini möhkəmləndirib və bu baxımdan Azərbaycan xalqının təhlükəsizliyini təhdid altına ala biləcək istənilən cəhd uğursuz olacaq”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support