Nazir və kəşfiyyat şefi Dmanisidə

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili Dmanisi şəhərinə gəlib.

Zafer Tv xəbər verir ki, bu məlumatı “Sputnik Gürcüstan” yayıb.

Şəhərdə jurnalistlərə açıqlama verən Qomelauri qanunu pozan hər kəsin sərt cəzalandırılacağını bildirib:

“Dünən baş verənlər çox kədərlidir. Dünəndən biz araşdırmaya başlamışıq. Bu insanların kim olmasının önəmi yoxdur. Qanunu pozanlar sərt şəkildə cəzalandırılacaqlar. Bu, çox pis faktdır. Nədəncə bəziləri konflikti millətlərarası etmək istəyirlər. Azərbaycanlılar və gürcülər vətəndaşlarımızdırlar. Biz əsrlərlə birgə yaşamışıq, qardaşıq. Bu məsələ etnik qarşıdurmaya qədər böyüməməlidir”.

O, hələlik həbslərlə bağlı heç bir məlumatı təsdiqləməyəcəyini deyib.