Svanların Dmanisidə hücumunun – İKİ SƏBƏBİ

Başkeçiddə (Dmanisi) svanların azərbaycanlılara hücumu indiyə qədər baş vermiş məişət qarşıdurmalarından biridir. Lakin hadisənin etnik toqquşmaya çevrilməsində maraqlı qüvvələr də ola bilər.

1. Gürcüstanda maraqlı qüvvələr bundan Azərbaycana qarşı istifadə edə bilər. Tiflisdə Qarabağ müharibəsindən sonrakı prosesləri Gürcüstanın maraqlarına zidd hesab edənlər var, xüsusilə Zəngəzur dəhlizini. Svanların azərbaycanlıların yaşadığı əraziyə vaxtilə köçürülməsi də bölgədə demoqrafik vəziyyəti dəyişmək niyyətindən irəli gəlirdi.

2. Erməni diasporu/lobbisinin müxtəlif yollarla svanlar üzərində müəyyən təsirləri var və bu kartdan Gürcüstana qarşı istifadə etmək cəhdləri olub. “Müstəqil Svaneti” layihəsinin həmmüəllifləri arasında ermənilər də var. Ermənilər də hadisənin etnik toqquşmaya çevrilməsində maraqlıdırlar.

(axar.az)

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support