18 may-Beynəlxalq Muzeylər Günüdür

Sizə bir hadisə danışım. Pandemiyanın qızğın dövrlərində evdə darıxıb “Vatsap gündəliyi” deyilən bir “kitabfason” bir şey yazmışdım.

Orada bir epizod var.

Bizim ədəbi Azərbaycan dili Şirvan şivəsi əsasında formalaşıb. “Heeeş” xətrinizə dəyməsin. Azərbaycan dili formalaşanda şirvanlılar daha çox yazıb-yaradıb, nəticədə dilimiz belə formalaşıb.

İstanbula tələbə kimi getmişik. Min doqquz yüz doxsan ikinci il. Bizim tələbələr arasında mübahisə düşdü. Tələbələrdən biri (deyəsən Səkinə) “qapını” yerinə “qapıyı” demişdi və azərbaycanlılar “filankəs türklərə oxşadır özünü” deyə hadisə çıxarmışdılar.

Amma yoldaşlar bir şeyi unutmuşdular: Səkinə Ağdabanlıdır – orada Şirvan ləhcəsi keçmir.

Təmiz Azərbaycan dili gözəldir. Oynaq və şirindir. Həvəsləndirici və kədərində belə gözəldir.

Azərbaycan dilini pisləyənlərin mütləq əksəriyyəti Azərbaycan dilini bilməyənlərdir.

Azərbaycan dilini yaxşı danışan Xəlil Rza Ulutürk idi. Adam bir dənə də səhv buraxmırdı. Dəfələrlə canlı izləmişəm.

Azərbaycan dilini mənə öyrədən isə Tofiq Yaqublunun qohumu Arif Acal idi.

Qayda sadədir: Azərbaycan dili mürəkkəb tabeli cümləni sevmir.

Əvvəl Azərbaycan dilini ən yaxşı danışan Zəlimxan Yaqub və Vurğun Əyyub idi. Amma indi ən yaxşı danışan Qulu Məhərrəmli və Erkin Qədirlidir.

Xarici dil öyrənək mi? (Əlbəttə “mi” ayrı yazılmalıdır).

Öyrənək.

Əla bilək.

Lakin özümüzü ilk növbədə azərbaycanlı sayırıqsa, öz dilimizi mükəmməl bilək.

P. S. Ağbabanın hara olduğunu da siz araşdırın artıq.