“Azərbaycan ordusu Kəlbəcərdə də Qarabağa doğru irəliləyib…”- Erməni mediası

“Araik Arutyunyan bu faktı gizli saxlamağı əmr edib!..”

“Azərbaycanlılar  Qarabağda da  irəliləyiblər! Araik Arutyunyan bu məlumatın gizli saxlanılması üçün əmr verib!”

Zafer Tv  xəbər verir ki, bu haqda Ermənistanın “Mediaport” teleqram-kanalı öz qaynaqlarına istinadla məlumat yayıb.

“Azərbaycanlılar ön cəbhədəki postlarını müxtəlif istiqamətlərdə irəli çəkirlər. Amma ən əsası, Kəlbəcər tərəfdən Qarabağın içərilərinə doğru… Sünik və Geqarkunik istiqamətində olduğu kimi, düşmən qoşunlarının irəliləməsini dayandırmaq üçün heç bir əmr verilmədi! Bunun əvəzində, Araik Arutyunyan bu faktı gizli saxlamağı əmr edib!”- erməni mediası xəbərin davamında belə yazır.
(moderator.az)