Biz öz tariximizin acı səhifələrini əsla UNUTMAMALIYIQ

Azərbaycanımızın ən gözəl guşələrindən və strateji nöqtələrindən biri olan Laçın rayonu 18 may 1992-ci ildə erməni qoşunlarının işğalına məruz qalmışdı. Lakin 28 illik həsrətdən sonra Azərbaycan Ordusunun 44 günlük müharibədəki həlledici Qələbəsinin nəticəsində 1 dekabr 2020-ci il tarixdə Laçın rayonu döyüşsüz və itkilərsiz Azərbaycan Respublikasının nəzarətinə keçdi. Bu həqiqətən də tarixi hadisə idi.

Laçın Şuşanın işğalından cəmi 10 gün sonra işğal edilmişdi. İndi Şuşa ilə bərabər Laçın da azaddır. Ona görə də biz bu il işğalın 29-cu ildönümünü qeyd etmirik. Sadəcə, tarix olaraq o qanlı günləri, işğal faciəsini xatırlayırıq. Bu qan yaddaşımız üçün vacibdir. Biz öz tariximizin acı səhifələrini əsla unutmamalıyıq. Ermənilərin son 200 ildə xalqımıza, ölkəmizə qarşı davamlı şəkildə törətdiyi qətliamları, soyqırımını, terror hadisələrini, təxribatları, müharibəni daim xatırlamalıyıq. Xatırlamaqla bərabər, hər zaman hazırlıqlı olmalıyıq. Ermənilərin bundan sonra bizə qarşı hər hansı bir revanşına, işğal cəhdinə əsla yol verməməliyik. Ali Baş Komandanımız İlham Əliyevin də qeyd etdiyi kimi “Dəmir yumruğ”umuz həmişə düşmənin başını əzməyə hazır olmalıdır.

Bundan sonra Qarabağ yalnız hüzur, dirçəliş və tərəqqi məkanına çevrilməlidir. Laçın da Azərbaycanın təbiət incisi kimi, turizm mərkəzi kimi dünyanın diqqət mərkəzinə düşməlidir. Bunun üçün Laçının hər cürə potensialı var. Prezidentin Laçında bərpa və yenidənqurma işlərinə start verməsi Laçının yeni mərhələyə qədəm qoymasının göstəricisi sayılır.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support