İsrailin hərbi bazası bombalanır – Yeni hücum başladı

Həmas təşkilatı İsrailə məxsus Urim hərbi bazasına raket zərbəsi endirdiklərini bəyan ediblər.

Zafer Tv xəbər verir ki, bu barədə Fələstinin Savt Al-Aqsa radiosu məlumat yayıb. Bildirilib ki, Urim bazası İsrailin kəşfiyyat məlumatlarını əldə etdiyi vacib hərbi məntəqələrindən biridir.

Həmçinin, açıqlamaya görə, Həmas təşkilatı Netivot şəhərinə yeni raket hücumu başladıb.

(metbuat.az)