Keçmiş AzTV əməkdaşı Hesablama Palatasını kanalı yoxlamağa çağırdı

“Şəkildə gördüyünüz şəxs AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru Mehriban Məmmədovadır. Əli Həsənovun ən sadiq kadrlarından biri hesab olunur. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəndir. Orada dördotaqlı evi var. Əlişka “Qaçqınkom”dan buna görə xahiş etmişdi. Onun himayəsi ilə “Jurnalistlər evi”ndən ayrıca mənzil alıb. Ailəli deyil. Rövşənin də etibar etdiyi və qoruduğu şəxslərdən biridir…”.

Zafer Tv nocomment.az-a istinadən xəbər verir ki, bu fikirləri AzTV-nin keçmiş əməkdaşı, jurnalist Fadil Paşayev özünün sosial şəbəkə üzərindəki hesabında paylaşıb.

Fadil Paşayev
Fadil Paşayev

“Bu isə təbii ki, onun Əli Həsənova sevgisindən irəli gəlir. İllik qonorarı 50 min, illik maaşı isə 10 min manatdır. Bu da edir üst-üstə bir ildə 60 min manat. Bu, məsələnin bir tərəfi. Maraqlı orasıdır ki, AzTV-də “Prezidentski montaj”da çalışan jurnalist və texniki işçilər belə bu qədər məvacib almır, onlara belə qayğı göstərilmir.

İş bununla bitmir. Aztv-də İnformasiya Proqramları Studiyasında yüksək qonorarların yazıldığı sənədlərdə Mehriban Məmmədovanın da imzası var. Deyə bilərsiniz ki, bu məlumatların nə qədər böyük əhəmiyyəti var ki?!

Amma mən deyim, siz də saf-çürük edin. AzTV-də Sərvər Bayramov, Mehriban Məmmədova, Kadrlar İdarəsinin rəisi İlhamə Hüseynova, işçisi Zemfira Əliyeva və onların qohum-əqrəbalarının külli miqdarda qonorarları həzm-rabedən keçirməsi ciddi faktlardır”, deyə Fadil Paşayev bildirir.

F.Paşayev həmçinin qeyd edib ki, Hesablama Palatası bunları da ya araşdırıb, ya da araşdıracaq. Bundan əlavə, neçə-neçə şəxslərin adına kartlardan pul çıxarılması da bir ayrı dəhşətli mövzunun söhbətidir. İndi də baş redaktorlara ciddi tapşırıq verilib ki, qruplar yaradılsın. Və qrup rəhbərləri buna görə xüsusi qonorar alacaq. Həmin qrupun üzvləri AzTV ilə bağlı gedən materiallara dərhal reaksiya verməlidirlər.

Bu işdə passiv olanlar isə cəza tədbiri olaraq işdən kənarlaşdırılacaq.
Gör nə günə qaldın əziz AzTV”, – deyə jurnalist vurğulayıb.

Sənin də azad olacağın günü səbirsizliklə gözləyirik!

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support