Moskvanın nəzərinə: Yerevan münaqişəyə NATO-nu cəlb edir REDAKSİYA MƏQALƏSİ

Eynulla Fətullayev

Ermənistan hökuməti NATO-dan yardım istəyib. Şimali Atlantika Alyansının mənzil-qərargahındakı mənbələrdən virtualaz.org-a məlum olub ki, Ermənistanın NATO-dakı nümayəndəliyi Baş katibin dəftərxanasına və hərbi-siyasi bloka daxil olan bütün ölkələrin nümayəndəliklərinə Ermənistan-Azərbaycan sərhədindəki Zəngəzur rayonunda yaranmış vəziyyətə müdaxilə etmək xahişi ilə müraciət edib. Ermənistan Qarabağ müharibəsi başa çatdıqdan sonra dövlət sərhədinin delimitasiyası və demarkasiyasının hüquqi və labüd prosesini öz dövlətinin ərazi bütövlüyünün toxunulmazlığının pozulması kimi təqdim edib.

Ondan başlayaq ki, Sovet imperiyası dağılandan sonra Qarabağ münaqişəsinin qızışması delimitasiya ətrafında diskussiyaları əsassız və irrasional mübahisəyə çevirmişdi. Deyək ki, Sədərək rayonunun anklav azərbaycanlı kəndi Kərkinin sakinləri bir anda Azərbaycana qarşı müharibəyə başlamış dövlətin ərazisində düşmənə çevrildilər. Və azərbaycanlıların öz tarixi yaşayış yerlərini tərk etməkdən başqa heç bir yolları qalmadı. Gədəbəy rayonu ərazisindəki erməni anklavının – Başkənd kəndinin sakinləri də eyni aqibətlə üzləşdilər.

Qarabağ münaqişəsi başa çatana qədər ərazi mübahisələrinin həlli və şərti sərhədlərin demarkasiyası barədə mülahizələr absurd və qeyri-real axmaqlıq sayılırdı. Ölkələr arasında müharibə gedirdi və əgər birinci müharibədə iki dövlət Bakının və ya Yerevanın işğalını arzulayırdılarsa, postpolitik romantizm və mövcud beynəlxalq qaydaların dərk edilmiş, qeyri – leqal qavranılması dövründə müharibədə taleyüklü döyüş Qarabağın tarixi paytaxtı Şuşa uğrunda mübarizənin nəticəsi sayılırdı. Müharibə başa çatıb, Rusiya Prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin başa çatdığını bəyan etdi. Ermənistanın baş naziri N. Paşinyan isə Putin və Əliyevin birgə mövqeyinə etiraz etmədi. Beləliklə, şərti yox, aydın və sarsılmaz sərhədləri müəyyənləşdirməyin vaxtı gəldi. Ermənistan-Azərbaycan sərhədində Rusiyanın aktiv vasitəçiliyi ilə Şərqi Zəngəzur – Zəngilan rayonu ərazisində demarkasiya başa çatdıqdan sonra Azərbaycan haqlı olaraq Birinci Qarabağ müharibəsinin lap başlanğıcında erməni işğalçı qoşunlarının Qaragöl gölü ətrafında ələ keçirdikləri ərazi məsələsini qaldırdı.

Azərbaycan qoşunları SSRİ-nin siyasi xəritələrinə görə keçmiş Azərbaycan SSR ərazisində – Qaragel gölü ətrafındadır…

Sovet respublikalarının varisi olan Azərbaycan və Ermənistan müvafiq olaraq SSRİ dövründə müəyyənləşdirilmiş sərhədləri əsas götürüblər və götürməlidirlər. Əks təqdirdə, əgər Ermənistan sovetdən əvvəlki dövrün başlanğıc nöqtəsində təkid etsə, Azərbaycan Paris Sülh Konfransı tərəfindən iki respublika arasında mübahisəli ərazi kimi tanınan bütün Zəngəzura iddia etmək hüququna malikdir. Lakin Ermənistanda sovet dövründə sərhədlərin bölünməsi prinsipinin aliliyinə yönəldilmiş siyasi ehtiyatlılıq qalib gələrsə, onda Azərbaycan SSR Nazirlər Kabinetinin 1987-ci il tarixli qərarına əsasən, mübahisə edilən Qaragöl ətrafındakı ərazi dövlət əhəmiyyətli qoruq elan edilib. Ermənistanın postsovet dövründə işğal etdiyi ərazi. Və Ermənistan qanunsuz olaraq işğal etdiyi ərazini qaytarmalıdır.

Bəs, Ermənistan nə edir? İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi, Ermənistan hökuməti yeni münaqişənin ilk günündən Rusiya və KTMT-ni cəlb etməyə çalışdı. Müharibə zamanı Ermənistanın müraciəti tamamilə əsassız idi, müharibə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində gedirdi. Rusiyaya müttəfiq dövlətə hüquqi yardım üçün heç bir əsas yox idi. Bu dəfə Azərbaycan sovet dövrünün siyasi xəritələrinə müraciət edir, hansı ki, həmin xəritələrə görə də bu ərazi Azərbaycan SSR-in bir hissəsidir.

Lavrovun sərt və ədalətli bəyanatı: heç bir emosiya!

Rusiya, eləcə də Azərbaycana dost olan digər KTMT ölkələri – Qazaxıstan, Tacikistan, Belarus ərazi mübahisəsinin yumşaq, məxməri nizamlanma yolu ilə həll modelini təklif edirlər. Bütün Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası üzrə danışıqlar prosesi vasitəsilə. Rusiyanın Azərbaycan hakimiyyətinin inkaredilməz məntiqinə etiraz edəcək heç bir səbəbi yoxdur. Bakı Moskvaya sovet dövrünün siyasi xəritələrini göstərir. Lavrov isə haqlı olaraq Yerevanı soyuqqanlılıqla ölçülüb-biçilmiş yanaşmaya çağırdı, bu məsələlərdə, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında açıq şəkildə deyildiyi kimi, emosiyalar heç də yaxşı köməkçi deyil.

Bəs Yerevan buna cavab olaraq nə edir? Ermənistan Rusiyanın vasitəçilik missiyasına və Vladimir Putinin qüsursuz nüfuzuna etinasız yanaşaraq, yardım üçün düşmən NATO hərbi-siyasi blokuna müraciət edir. Vaşinqtona, Parisə, Brüsselə üz tutur və Azərbaycan intervensiyası haqda böhtançı fikirlər söyləyir.

Azərbaycan hökuməti isə sərt şəkildə, lakin qətiyyətlə həqiqi vəziyyəti izah edir: hər hansı müdaxilədən söhbət getmir, başqa torpaqların işğalı və ələ keçirilməsi yoxdur. Azərbaycan yalnız işğal edilmiş və qanunsuz olaraq ələ keçirilmiş əraziləri ardıcıllıqla sərhəd zolağına qaytarır. Azərbaycan nə KTMT, nə də NATO-ya müraciət etmir. Ancaq 10 noyabr sülh müqaviləsinin həyata keçirilməsinin qarantı kimi Rusiyanın vasitəçilik rolunu qəbul edir. Yerevan hər vəhclə, bəzən tamamilə ədəbsiz yollarla, Moskvadan gizli şəkildə və pərdə arxasında, Rusiyaya düşmən olan NATO-nu fəallıqla bölgəmizə cəlb etməyə çalışır. Moskvada buna xüsusi diqqət yetirməlidirlər!..

/aqreqator.az/