Zəngəzuru geri almağın vaxtı gəldi – Zülfüqarov

10 noyabr kapitulyasiyasından sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə hərbi personal, xarici işlər naziri də daxil olmaqla, bir sıra dövlət qulluqçuları icazəsiz gəldilər. Hətta Ermənistanın onlarla, bəlkə də minlərlə vətəndaşı Qarabağa gəldi və gəlməyə davam edir. ABŞ Dövlət Departamenti və erməni dilində danışan Fransa Prezidenti Makron bu barədə susur, amma əsgərlərimizin Qaragöldəki postlarından çox “narahatdırlar”. Bu, anlaşılan deyil.

Zafer Tvxəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb. Politoloq Ermənistanın və onun havadarlarının narahatlığını artıracaq fikirlər də səsləndirib:

“Biz onlara narahat olmaq üçün əsl səbəblər verməliyik. Zəngəzur Azərbaycan ərazisidir və 100 il əvvəl Ermənistana verilib. Zəngəzuru geri almağın vaxtı gəldi!”

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support