Ərdoğan: “Türküstanda, Qarabağda, Qüdsdə baş verənlərə etiraz etməsək, daha böyük fəlakətlərlə üzləşəcəyik”

“30 il öncə Qafqazda, Balkanlarda yaşananlar gözlərimizin önündədir. Biz harada zülmü görsək, bunu ən yüksək səslə hayqıracağıq”.

Zafer Tv APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May – Atatürkü anma, Gənclik və İdman bayramı ilə əlaqədar tədbirdə çıxışı zamanı deyib.

O bildiribki, Türkiyə dünyanın harasında olur-olsun, zülmə qarşı öz səsini yüksəldəcək.

“Fələstindəki vəhşiliklər yenə zirvədədir, məsumların, günahsızların qanı axmağa davam edir. Fələstində baş verənlərlə bağlı deyirlər ki, Ərdoğan nədən belə danışır? Nə etməliyəm? Zülmə etiraz və məzluma sahib çıxmaq üçün nə isə qurban vermək lazımdırsa, bundan əsla çəkinməyəcəyik. Bu gün Türküstanda, Qarabağda, Qüdsdə baş verənlərə etiraz etməsək, sabah daha böyük fəlakətlərlə üzləşəcəyik. Odur ki, ölkəmizi hədəf alan terror təşkilatlarına qarşı necə amansız oluruqsa, eləcə də bölgəmizdə qan tökənlərə qarşı mübarizəmizi davam etdirəcəyik”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support