Azərbaycan Ordusu XEYLİ İRƏLİLƏDİ, Xankəndidə isə… – Qalstyan AÇIQLADI

“Müharibə bitdikdən sonra Qarabağda ermənilərin mövqeyinin gücləndiyini görmədik, təhlükəsizlik məsələsi, ümumiyyətlə, yoxdur. Sosial proqramlarla diqqəti bu məsələlərdən yayındırırlar”.

Zafer Tv Publika.az-a istinadla xəbər verir ki, bu barədə Xankəndidə separatçıların “parlamentinin deputatı” David Qalstyan deyib.

Qalstyan bildirib ki, hər gün azərbaycanlıların yük maşınları Xankəndidən keçir: “Ermənilər saatlarla maşın karvanının keçməsini gözləyirlər. Nə qədər ağrılı olsa da, deməliyəm ki, bu gün Azərbaycanın diktəsindən asılıyıq”.

Qalstyan bildirib ki, Azərbaycan ordusu son günlərdə Qarabağda mövqelərini irəliyə çəkir: “Bu, fərqli istiqamətlərdə olub, lakin təhlükəsizliyə görə hansı ərazilər olduğunu deyə bilməyəcəm”.