SON DƏQİQƏ: Azərbaycan tərəfi ermənilərlə görüşdən imtina etdi – Geri çəkilmirik

 SON DƏQİQƏ: Azərbaycan tərəfi ermənilərlə görüşdən imtina etdi – Geri çəkilmirik

“Azərbaycan tərəfi 19 may saat 14: 00-a təyin olunan danışıqlara gəlmədilər”.

Zafer Tv xəbər verir ki, metbuat.az bu açıqlamanı Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sərhəddə baş verənlər nəticəsində yaranan vəziyyəti həll etmək üçün aparılacaq müzakirələr baş tutmayıb.

“Daha əvvəl xəbər verdiyimiz kimi, bu gün, 19 may, saat 14: 00-da, Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədindəki təxribatı nəticəsində yaranmış vəziyyətin sülh yolu ilə həlli barədə danışıqlar davam etdirilməli idi. Əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, Azərbaycan tərəfi danışıqlara gəlmədi ”, – deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edək ki, erməni mediasında Azərbaycan ordusunun bəzi mövqeləri işğaldan azad etdiyi barədə iddialar yer alıb. İrəvan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub. Bu üzdən İrəvan Bakıdan hərbçiləri geri çəkməsini tələb edib. Məlumata görə, Azərbaycan ordusunun mövqelərində heç bir dəyişiklik müşahidə olunmayıb.

Oxşar xəbərlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.