Sosial şəbəkələrdə fotosu yayılan Ayanın müalicəsi başladı

“Sosial şəbəkələrdə paylaşılan fotosu ilə gündəmə gələn Ayan adlı uşağın ayağındakı yanıq xəsarətinə həkimlər tərəfindən baxış keçirilib”.

Medicina.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış açıqlama verib.

Elnarə Baxış bildirib ki, TƏBİB-ə daxil olan müraciətdən sonra uşağın Respublika Yanıq Mərkəzində ilkin müayinə və müalicəsi həyata keçirilib:

“Xəstəxanadan verilən məlumat görə, azyaşlının ayağında dördüncü dərəcəli yanıq xəsarətlərinin olduğu müəyyənləşib. Bu səbəbdən də ona bir ildən tez dəri köçürülməsi mümkün deyil”.

TƏBİB nümayəndəsi bildirib ki, Ayanın səhhəti daim nəzarətdə saxlanılacaq və o, artıq ambulator müalicəyə cəlb olunub.

 

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support