Tərtər rayonunun Ağdərə şəhərində “Artsax” adlı kitab mağazası açıldı…-FOTOLAR

“İlk baxışdan xırda görünən belə olaylar əslində torpaqlarımızda məskunlaşmış ermənilərin faktiki sakini olduqları Azərbaycan dövlətindən uzaqlaşmasına xidmət edən məsələlərdir…” 
Azərbaycan Respublikası Tərtər rayonunun hələlik Rusiya hərbi kontingentinin himayəsi altındakı separatçı-terrorçu rejimin nəzarətində qalan Ağdərə şəhərində “Book store in Artsakh” adlı kitab mağazası açılıb.
Zafer Tv moderator.az-a istinadən xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
Dükanı İrəvandan Ağdərədə qanunsuz hərbi xidmət keçən erməniyə ərə gəlmiş  Lusine Mxitaryan ad-soyadlı qadın açıb. O, kitab mağazasını açmaqda məqsədinin Qarabağda yaşayan “erməni uşaqların, gənclərin savadlı və vətənpərvər böyüməsi” məqsədi ilə açdığını bildirib…
P.S. Qarabağdakı son qələbəmiz və aparılan işlər fonunda ilk baxışdan xırda görünən belə olaylar əslində torpaqlarımızda məskunlaşmış ermənilərin faktiki sakini olduqları Azərbaycan dövlətindən uzaqlaşmasına xidmət edən məsələlərdir. Zamanımız gedir…
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support