Türkiyəyə PUA-larla hücum edildi – Ordu hərəkətə keçdi

Türkiyənin Diyarbəkir vilayətində yerləşən hərbi bazaya hücum cəhdi olub.

Zafer Tv xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib. O bildirib ki, hücum 2 PUA vasitəsiə həyata keçirilib. Lakin hər iki PUA zərərsizləşdirilib. Hadisə zamanı hərbi bazaya ziyan dəyməyib. Məlumata görə, pilotsuz uçuş aparatları hərbçilərdən birinin diqqəti sayəsində müəyyən edilib. Hücumun İraq ərazisindəki PKK terrorçuları tərəfindən təşkil edildiyi güman edilir. Hücumdan sonra hərbi bazalarda təhlükəsizlik tədbirləri gücləndirilib.

(metbuat.az)

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support