Azərbaycanda icra başçısı şəhid anasının qarşısında diz çökdü – VİDEO

 Azərbaycanda icra başçısı şəhid anasının qarşısında diz çökdü – VİDEO

Vətən Müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimovun dəfn mərasimində maraqlı anlar yaşanıb.

Zafer Tv APA TV-yə istinadən xəbər verir ki, şəhid hərbçi II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.
Şəhidin cənazəsinin büküldüyü Azərbaycan bayrağı onun anasına təqdim olunub. Bayrağı təqdim edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid anasının qarşısında diz çöküb.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.