Bakı və Paşinyan arasında şok anlaşma: “Yaxın vaxtlarda…”

Ermənistan xarici işlər naziri Ara Ayvazyan ölkə hökumətinin iclasında iştirak etmir.

Zafer Tv Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Mənbə bunu Sünik və Geqarkunikdəki (Zəngəzur və Göyçə) son durumla əlaqədar Ayvazyanın diplomatik yükünün çox olması ilə izah edib.

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bundan əvvəl Azərbaycanla yeni saziş imzalamağa hazırlaşan Baş nazir Nikol Paşinyanla Ayvazyan arasında ciddi fikir ayrılığının yarandığını iddia edib. O, Ayvazyanın bu sənədi imzalamaqdan imtina etdiyini bildirib.

Mikael Minasyan yaxın günlərdə Azərbaycan, Rusiya və Ermənistan arasında yeni üçtərəfli sazişin imzalanacağını diqqətə çatdırıb. O, bu anlaşmaya uyğun olaraq, Qazaxın 7, Naxçıvanın 1 kəndinin Azərbaycana qaytarılacağını bildirib.

Hələlik məsələ ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyindən şərh almaq hələ mümkün olmayıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support