Blinkendən İsrailə: Sizi uzun müddət DƏSTƏKLƏYƏ bilməyəcəyik

İsrailə daha bir neçə gün lazımdır ki, Qəzzada əməliyyatları bitirsin.

Zafer Tv  “Aksios” portalına istinadən xəbər verir ki, bunu İsrail xarici işlər naziri Qabi Aşkenazi ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü zamanı deyib.

Sayt Blinkenin, həmçinin ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı Fransanın irəli sürəcəyi təşəbbüsü bloklayacağı vədini verdiyini yazıb. Bununla belə ABŞ-ın baş diplomatı İsraili uzun müddət, xüsusilə də BMT-də dəstəkləyə bilməyəcəklərini söyləyib.

Aşkenazi isə Qəzzadakı prosesin tam həllinə çatmaq üçün onlara böyük zaman lazım olacağını, bunun üçün onların ABŞ-ın dəstəyinə ehtiyacları olduğunu vurğulayıb…/axar.az/