“Bu sənəddən və müzakirələrdən xəbərsizəm” – Ermənistan prezidenti

Ermənistan Prezidenti Armen Sərkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən adı çəkilən sənədin təfərrüatlarından və bununla bağlı müzakirələrdən tamamilə xəbərsizdir.

Zafer Tv xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir.

“Respublika prezidenti sənədlə əlaqəli proseslərdə olmayıb və iştirak etmir. Prezident hesab edir ki, bu cür proseslər mümkün qədər ictimaiyyətə açıqlanmalı və bütün maraqlı tərəflərin iştirakı ilə həyata keçirilməlidir”, – bəyanatda deyilir.