Deputat çağırış etdi: “Bu ərazilərə qanunsuz səfər etməyin”

“Həyati təhlükə yaratdığı üçün işğaldan azad olunmuş ərazilərimiz minalardan təmizlənənə, rəsmi icazə verilənə qədər insanlarımızı səbirli olmağa çağırıram. Uzun illər vətən həsrəti ilə yaşayan və indi öz doğma torpağına qayıtmaq istəyən insanların istəkləri başa düşülən olsa da, vətəndaşlarımızdan azad olunmuş torpaqlara qanunsuz səfər etməmələri xahiş olunur”.

Zafer Tv Teleqraf.com-a istinadən  xəbər verir ki, bunu Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov deyib.

O, son günlər seçicilərilə keçirdiyi görüşlərdə ən çox səsləndirilən müraciətin azad olunmuş torpaqlara səfərlə bağlı olduğunu bildirib: “Onlar doğmalarının məzarlarını ziyarət etmək, doğma yurdlarının nəfəsini duymaq istədiklərini bildirirlər. Ancaq həm seçicilərimə, həm də digər vətəndaşlarımıza tövsiyə edərdim ki, işğaldan azad olunmuş ərazilərimiz tam minalardan təmizlənmədiyi üçün qanunsuz səfər edərək həyati təhlükə yaratmayaq”.

Vüqar Bayramov qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci ildən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 10 mülki şəxsin həlak olub, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

“Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini təqdim etməməsi mülki vətəndaşlarımızı da hədəf almaqla yanaşı, BMT-nin qəbul etdiyi konvensiyanın şərtlərini də ciddi şəkildə pozur”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support