Fransa və Əlcazair KİV nümayəndələri Gəncədə – Foto

Azərbaycanın Fransadakı səfirinin müşayəti ilə Fransa və Əlcazair KİV nümayəndələri Gəncəyə səfər edib.

Zafer Tv xəbər verir ki, Jean-Michael Lucien Brun, İfrak Karim və Əlcazairdən Sarra Dourmane Gəncədə raket düşən ərazilərə baxıblar.

Bildirlib ki, Ermənistanın siyasi hakimiyyətinin müharibə ərazisindən uzaq yaşayış yerlərini, hərbi hissələrin və hərbi obyektlərin olmadığı əraziləri hədəfə alması terror siyasətidir və Azərbaycanda baş verənlər Fransa mətbuatında növbəti dəfə işıqlandırılacaq.