Hindistanın “MOLLA”lığı…

Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələsi ilə bağlı özünü yuyulmamış çömçə kimi ortaya atan ölkələrin sayı get-gedə artır…

Zafer Tv xəbər verir ki, jurnalist Bəybala Mirzəyev Facebook hesabında bu barədə paylaşım edib.

Fransa, ABŞ və Kanadanın başçılıq etdiyi bu rüsvayçı siyahıya İrandan sonra Hindistan da qoşuldu.
İllərdir ən yaxın qonşusu olan Pakistanla öz arasında sərhəd problemini çözə bilməyən, “Kəşmir məsələ”sini çözülməz düyünə çevirən Hindistan indi də gəlib Azərbaycan ilə Ermənistan arasında geosiyasi mollalıq etmək istəyir.

Qan çəkir də…

Farsın, indusun və erməninin xəmiri bir palçıqdan yoğrulub axı.

P.S.
Sanki ötən həftə bütün indusların öndəri, lideri Mahatma Qandinin İrəvandakı heykəlini yandıranlar da ermənilər deyilmiş…
Etnosların (və ya dövlətlərin) mənəviyyatsızlığı, riyakarlığı da insanların, fərdlərin riyakarlığı qədər iyrəncdir.
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support