Minasyanın yaydığı “sərhəd sənədi” həqiqətdir? – Zülfüqarov

Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri ilə bağlı danışıqların getdiyini istisna etmirəm.

Zafer Tv bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyanın yaydığı Azərbaycanla Ermənistan arasında sərhəd komissiya quruluşu sənədi haqda danışarkən deyib.

O bildirib ki, Minasyanın paylaşdığı sənədlə tanışdır:

“Lakin o sənəd dəqiq və rəsmi deyil. Mənə elə gəlir ki, Mikayıl Minasyan belə bir iddia ilə seçki öncəsi daxili auditoriyaya təsir etmək istəyir.

Bəllidir ki, hazırda parlament seçkilərinin nəticələrinə təsir edə biləcək bir sıra spesifik mövzular var. Bunlardan biri də sərhəddə baş verən hadisələrdir. Diqqət etsəniz, xüsusilə erməni tərəfi məsələni həddən artıq siyasiləşdirərək qabardır.

Hazırda Ermənistanda siyasi böhran hökm sürür. İstər Nikol Paşinyanın Qaragöl məsələsindən istifadə etməyə çalışması, istərsə də indi belə bir iddianın ortaya atılması aydın məsələdir ki, rəqiblərin seçki savaşıdır”.

Politoloq bildirib ki, Ermənistan erməniləri Qarabağ ermənilərini yenidən hakimiyyətdə görmək istəmir:

“Bu günə qədər Ermənistanın özündən Paşinyana qarşı ciddi siyasi fiqur çıxmayıb. Onun rəqibləri əsasən Qarabağ klanına mənsubdur”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support