“Onların dişlərini sındıracağıq” – Putin qəzəbləndi

Prezident Vladimir Putin Rusiyadan bir şeylər “qoparmaq” istəyənlərin ”dişlərini sındıracağına” söz verdi.

Zafer Tv xəbər verir ki, bu barədə “Novosti” agentliyi məlumat yayıb.

“Hər kəs bizdən bir şey qoparmaq istəyir, ancaq bilməlidirlər ki, dişlərini sındıracağıq ki, dişləyə bilməsinlər”, – Putin bildirib.

Misal olaraq, bir sıra siyasətçilərin Rusiyaya haqsız olaraq sahib olduğu iddia edilən Sibirin təbii sərvəti ilə bağlı açıqlamalarını nümunə gətirib. Putin Rusiya ərazilərinə təcavüz cəhdini cavabsız qoymayacağına əminliyini ifadə edib.

Ölkəsini qorumaq və gücləndirmək üçün hər şeyi edəcəyini vurğulayan prezident Rusiyanın ən müasir nüvə qüvvələrinə sahib olduğunu söyləyib.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support