Prezident Xalq şairi Sabir Rüstəmxanlını “Şöhrət” ordeni ilə təltif edib

Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Zafer Tv xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı ilin mayın 20-də Yardımlı rayonunda anadan olub. Bu gün onun 75 yaşı tamam olur.

S.Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri və Milli Məclisin deputatıdır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support