“Qarabağ”dan şəhid azarkeşi ilə bağlı möhtəşəm addım

“Qarabağ” şəhid azarkeşi Məhəmmədəli İbrahimli ilə bağlı həssas jest edib.

 

Zafer Tv-ın əldə etdiyi məlumata görə, Ağdam klubu Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına M.İbrahimlinin də adını salıb. Beləliklə, M.İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək.
Qeyd edək ki, M.İbrahimli ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub.
Əlavə edək ki, bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşır. Bu oyunun nəticəsindən asılı olaraq, Ağdam klubu ya qızıl, ya da gümüş medala layiq görüləcək./qol.az/
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support