Qazaxıstan və Rusiya hərbi gəmiləri Xəzərdə

Qazaxıstan və Rusiya donanması Xəzər dənizində birgə təlim keçirir.

Zafer Tv xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, birgə təlimlər Xəzərin şimal hissəsindəki iqtisadi fəaliyyət yerlərini qorumaq məqsədilə keçirilir. Bundan başqa, Rusiya və Qazaxıstan hərbçiləri döyüş hazırlığı vəzifələrini yerinə yetirəcək, eyni zamanda yeni döyüş metodları da araşdırılacaq.

Təlimdə Qazaxıstan tərəfindən 5 döyüş gəmisi, hərbi təyyarə, Rusiya tərəfindən isə raket, mina-axtarış və xilasetmə yedək gəmiləri iştirak edir.

Qeyd edək ki, təlimlər mayın 24-dək davam edəcək.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support