Şuşada Üzeyir Hacıbəyov və Bülbülün heykəli ucaldılacaq

Şuşada Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun və opera müğənnisi Bülübülün yeni heykəli ucaldılacaq.

Zafer Tv xəbər verir ki, bunu Report-a açıqlamasında rəssam, heykəltaraş Aslan Rüstəmov deyib.

O qeyd edib ki, işğaldan əvvəl Şuşada həm Ü.Hacıbəyovun, həm də Bülübülün abidəsi olub:

“Üzeyir Hacıbəyovun heykəlini heykəltaraş Əhməd Salikov hazırlamışdı. Həmin heykəl bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılmışdı, lakin erməni vandalları onu tamamilə məhv ediblər. Heykəlin heç modeli də qalmayıb. O dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolara baxıb heykəli hazırlayırıq”.

A.Rüstəmov qeyd edib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ondan Bülbülün heykəlinin hazırlanmasını xahiş edib:

“Bülbülün Şuşadakı ev muzeyinin həyətində heykəli ucaldılmışdı. Ermənilər heykəli tamamilə dağıdıblar. Həmin abidənin eyni formasını hazırlayırıq. Oğullarım Teymur və Mahmudla birgə hər iki heykəlin üzərində işləyirik”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support