Yeni hərbi toqquşma ehtimalı: Azərbaycanı təxribata kim çəkir?

“Ermənistan Rusiya və Türkiyəni Azərbaycan sərhədlərində üz-üzə qoymağa çalışır”.

Zafer Tv Teleqraf.com-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan-Azərbaycan sərhədlərindəki gərginliyə diqqət çəkib:

“Ermənistan Azərbaycanla sərhədlərinin delimitasiyasından yayınır və Nikol Paşinyan seçki öncəsi bölgədə təxribatlara hazırlaşır. Erməni mediası orduya təlimatın verildiyini bildirir, Paşinyan heç bir dəhlizin olmayacağını deyir. Ermənistanın bu təxribatları sərhəddə hərbi toqquşmaya səbəb ola bilər. Mümkündür ki, Paşinyanın seçkidən əvvəl əldə etmək istədiyi budur. Yəni hərbi toqquşma baş versin və seçkini ləğv etsin. Çünki onun bu vəziyyətdə seçilməsi artıq problematik görünür.

ABŞ-ın öz vətəndaşlarını Ermənistan və Azərbaycana səfər etməməyə çağırması son gərginliyin yaratdığı ehtimallardan irəli gəlir. İki ölkənin sərhədlərindəki gərginliyin artması Putinin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi də təsdiq edir.

Ermənistan hakimiyyəti açıq şəkildə hərbi təxribatda maraqlıdır. Çalışır ki, Azərbaycan Ermənistanın içinə doğru hərəkət etsin, nəticədə Rusiya prosesə qarışsın. Ermənilər bununla Rusiyanı Türkiyə ilə də üz-üzə qoymağa cəhd edirlər. Fransa da gərginliyin bu həddə böyüməsinə çalışır”.